...

İranda uranın zənginləşdirilməsi sürəti rekord həddə çatıb

Dünya xəbərləri Materials 17 Dekabr 2022 21:30 (UTC +04:00)
İranda uranın zənginləşdirilməsi sürəti rekord həddə çatıb

Bakı. Trend:

İran uranın zənginləşdirilməsi sürətini İslam Respublikasının nüvə sənayesi tarixində ən yüksək həddə çatdırıb.

Trend xəbər verir ki, bunu şənbə günü İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib.

"Bu gün İranın uran zənginləşdirmə qabiliyyəti əvvəlki səviyyələri iki dəfə keçməklə ölkənin nüvə sənayesi tarixində ən yüksək səviyyəyə çatıb", - deyə M.İslami bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti