...

II Yekaterinanın qızıl möhürü Britaniyada hərracda satıldı

Dünya xəbərləri Materials 22 Dekabr 2022 11:15 (UTC +04:00)

Bakı. Trend:

Rusiya imperatriçası II Yekaterinanın qızıl möhürü Böyük Britaniyada keçirilən hərracda 22,9 min avroya - təxminən 28 min dollara satılıb.

Trend xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” yazıb.

Qızıl möhür 1780-ci illərə aiddir və Rusiya çar sarayında rəsmi möhür kimi istifadə olunub.

Onun üzərində at və aslan təsvirləri həkk olunub. Möhürü hazırlayan ingilis Çarlz Braundur. Obraz kimi o, rəssam Corc Stabbsın “Aslandan qorxan at” əsərindən istifadə edib. Möhürü Böyük Britaniyaya Londonda yaşayan Melliş tacir ailəsinin üzvlərindən birinin gətirdiyi güman edilir.

Daha sonra 100 ildən çox müddətə nəsildən-nəslə ötürülərək Londonda başqa bir ailənin əlinə keçib. Bu günlərdə möhürü zərgərlik mütəxəssisi Deyzi Hartli peçenye qutusunda aşkar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti