...

Türkiyə Suriyada terrorçulara qarşı mübarizəni davam etdirəcək - Çavuşoğlu

Dünya xəbərləri Materials 23 Dekabr 2022 04:45 (UTC +04:00)

Bakı. Trend:

Ankara Suriyanın şimalından gələn terror təhlükəsinə qarşı qətiyyətlə mübarizəni davam etdirəcək.

Trend xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Məlumata əsasən, tərəflər Suriyadakı mövcud vəziyyəti müzakirə etməklə yanaşı, Ukraynada baş verən son hadisələr, xüsusilə də taxıl sazişinin gedişi ilə bağlı fikir mübadiləsi aparıblar.

Bundan əlavə, M.Çavuşoğlu və E.Blinken NATO-nun genişlənməsi, Ankaranın F-16 döyüş təyyarələri alması prosesi, eləcə də qarşıdakı dövrdə qarşılıqlı səfərlərin təşkili mövzularına toxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti