...

Avstriyada qar uçqunu altında qalan 10 xizəkçi tapılıb

Dünya xəbərləri Materials 26 Dekabr 2022 09:56 (UTC +04:00)
Avstriyada qar uçqunu altında qalan 10 xizəkçi tapılıb

Bakı. Trend:

Avstriyanın Lex xizək kurortunda qar uçqunu nəticəsində itkin düşdüyü bildirilən 10 xizəkçinin hamısı tapılıb.

Trend xəbər verir ki, onlardan 4-ü yaralıdır, 1-nin vəziyyəti ağırdır.

Bildirilir ki, təhlükəsizlik məqsədilə ərazidə əlavə axtarışlar planlaşdırılır.

xxx

03.28

Avstriyanın Forarlberq regionunda 10 nəfər qar uçqunu altında qalıb.

Trend xəbər verir ki, bu barədə bazar günü "Austriа Presse Agentur" məlumat yayıb.

Məlumata əsasən, bir nəfər xilas edilib. Axtarış işlərinə 100-dən çox insan cəlb edilib.

Axtarışların qaranlıqda davam etdirilməsi üçün projektorlar istənib.

Qar uçqunu yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 18:00) Trittkopf dağı ərazisinə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti