...

Yaponiya İraqa Bəsrə NEZ-i yeniləmək üçün 1,2 milyard dollar kredit verəcək

Dünya xəbərləri Materials 29 Dekabr 2022 05:43 (UTC +04:00)

Bakı. Trend:

Yaponiya İraqa Bəsrə əyalətindəki neft emalı zavodunun modernləşdirilməsi üçün 120 milyard yen (1,2 milyard dollar) kredit verəcək.

Trend xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyindən məlumat verilib.

Ölkələr arasında müvafiq memorandum çərşənbə günü imzalanıb.

Maliyyələşdirmə Bəsrə neft emalı zavodunun modernləşdirilməsi layihəsini həyata keçirməyə imkan verəcək. Layihə təmizlənmiş neftin qalıqlarını yüngül neft məhsullarına emal etməyə imkan verəcək katalitik krekinq kompleksinin tikintisini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti