Bakı. Trend:
Bolqarıstanın "Bulgargaz" şirkəti çərşənbə axşamı Türkiyənin "Botaş" dövlət şirkəti ilə mayeləşdirilmiş qaz terminallarına və Türkiyənin qaz nəqli şəbəkəsinə çıxış haqqında müqavilə imzalayacaq.
Trend xəbər verir ki, bu barədə bazar ertəsi Bolqarıstan hökumətinin mətbuat xidmətindən bildirilib.
"Çərşənbə axşamı hökumət binasında müqavilə imzalanacaq, bunun sayəsində "Bulgargaz" Türkiyənin dövlət enerji şirkəti "Botaş"ın terminallarına və qaz nəqli şəbəkəsinə çıxış əldə edəcək. Müqavilə 13 il müddətinə bağlanacaq", - deyə açıqlamada bildirilir.
Rəsmi mərasimdə Bolqarıstanın Texniki Hökumətinin energetika naziri Rosen Xristov və Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez iştirak edəcək.