...

Pele dəfn olunub

Dünya xəbərləri Materials 4 Yanvar 2023 04:57 (UTC +04:00)
Pele dəfn olunub

Bakı. Trend:

Dünya şöhrətli futbolçu, “futbol kralı” Pele dəfn edilib.

Trend-in məlumatına görə, Pele böyüdüyü və məşhurlaşdığı Santos şəhərində dəfn olunub.

Qeyd edək ki, mərhum futbolçu ilə 19 il formasını geyindiyi Braziliyanın “Santos” klubunun stadionunda vida mərasimi keçirilib.

Pele uzun sürən xərçəng xəstəliyindən sonra ötən il dekabrın 29-da 83 yaşında vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti