Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri cümə axşamı səsvermənin yeddinci turu zamanı keçirilən iclasda yeni spiker seçə bilməyiblər.
Trend "TASS"a istinadən xəbər verir ki, noyabrda keçirilən Konqres seçkilərində Respublikaçılar Partiyası aşağı palata üzərində nəzarətə yiyələniblər. Bununla belə, Nümayəndələr Palatasındakı Respublikaçıların lideri Kevin Makkarti ABŞ dövlət iyerarxiyasında üçüncü ən mühüm olan spiker postuna seçilmək üçün lazım olan 218 səsi hələ də toplaya bilməyib.
Cümə axşamı günü keçirilən səsvermənin yeddinci turunda K.Makkarti 201 səs toplayıb. O, çərşənbə günü altıncı turun nəticələrinə görə eyni sayda səs toplayıb. Səkkizinci turun keçiriləcəyi gözlənilir.