...

Cənubi Koreya ordusu İsraildən "Sky Spotter" sistemini almaq imkanını nəzərdən keçirir

Dünya xəbərləri Materials 8 Yanvar 2023 09:56 (UTC +04:00)
Cənubi Koreya ordusu İsraildən "Sky Spotter" sistemini almaq imkanını nəzərdən keçirir

Bakı. Trend:

Cənubi Koreya ordusu Şimali Koreyanın pilotsuz uçuş aparatlarını aşkar etmək qabiliyyətini gücləndirmək üçün İsrailin "Sky Spotter" sistemini almağı nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata əsasən, bu, Cənubi Koreyanın müdafiə qurumlarının keçən il dekabrın sonlarında Şimali Koreyanın beş pilotsuz uçuş aparatının ölkənin hava məkanına daxil olmasının qarşısını ala bilməməsi səbəbindən sərt tənqidlərlə bağlıdır.

Ordunun sözügedən sistemləri əldə etmək təklifi ilə hökumətə müraciət edib-etməyəcəyi ilə bağlı qərar yaxın həftələrdə "Sky Spotter" sisteminin Şimali Koreyanın pilotsuz uçuş aparatlarının təhdidlərinə qarşı mübarizədə effektivliyini araşdırdıqdan sonra veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti