...

Braziliya prezidenti ayın sonuna qədər Braziliada fövqəladə vəziyyət elan edib

Dünya xəbərləri Materials 9 Yanvar 2023 05:33 (UTC +04:00)
Braziliya prezidenti ayın sonuna qədər Braziliada fövqəladə vəziyyət elan edib

Bakı. Trend:

Braziliya prezidenti Luiz İnasio Lula da Silva bazar günü keçmiş ölkə başçısı Jair Bolsonaronun tərəfdarları tərəfindən törədilən iğtişaşlardan sonra Braziliyada fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti jurnalistlərə açıqlamasında müvafiq fərmanı oxuyub.

O bildirib ki, kütləvi ictimai asayişin pozulmasının qarşısını almaq üçün paytaxt Federal Dairəsinə Federal Müdaxilə haqqında Fərman 31 yanvar 2023-cü il tarixinədək qüvvədə olacaq.

Onun sözlərinə görə, bu müddət ərzində federal hakimiyyət orqanları ictimai təhlükəsizlik orqanlarının idarə edilməsi funksiyalarını öz üzərinə götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti