...

Türkiyə Ukraynanın sülhlə bağlı təkliflərini dəstəkləyir

Dünya xəbərləri Materials 10 Yanvar 2023 14:04 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Ukraynanın sülhlə bağlı təkliflərini dəstəkləyir.

Trend-in məlumatına görə, bu barədə bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Afrika Respublikasından olan həmkarı Naledi Pandor ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə bu danışıqlar planının bir neçə bəndi üzrə prosesə başçılıq etmək istəyir.

"Atəşkəs rejiminin əldə olunması istiqamətində addımlarımızı davam etdiririk. Hədəfimiz daimi sülhə nail olmaqdır. Müharibəyə baxmayaraq, diplomatiyanın da nəticələrini görürük", - deyə M.Çavuşoğlu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti