...

ABŞ-ın Florida ştatında atışma baş verib

Dünya xəbərləri Materials 17 Yanvar 2023 07:04 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Florida ştatının Fort-Pirs şəhərciyində atışma baş verib, 8 nəfər yaralanıb.

Trend xəbər verir ki, hadisə Luis Elis Parkda hüquq müdafiəçisi Martin Lüter Kinqin irsinə həsr olunmuş tədbir zamanı baş verib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan biri ağır vəziyyətdədir.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsin tapılmasına çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti