...

"Netflix"in baş direktoru vəzifəsindən gedir

Dünya xəbərləri Materials 20 Yanvar 2023 11:01 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin multimedia şirkəti "Netflix"in həmtəsisçisi Rid Hastinqs şirkətin baş direktoru vəzifəsini tərk edir və Direktorlar Şurasının sədri vəzifəsinə keçir.

Trend-in məlumatına görə, bu, R.Hastinqsin şirkətin saytında dərc olunmuş açıqlamasında deyilir.

“Biz Direktorlar Şurası ilə hesab edirik ki, indi mənim bu vəzifəmin bitməsi üçün ən uyğun zamandır... Mən bundan sonra Direktorlar Şurasının icraçı direktoru vəzifəsini icra edəcəyəm” - R.Hastinqs yazır.

Rid Hastinqs 1997-ci ildə "Netflix"in həmtəsisçisi olub. 1991-ci ildə R.Hastinqs proqram təminatçısı hazırlayanlar üçün vasitələr təmin edən Pure Software şirkətinin əsasını qoyub.

Netflix şirkətinin əsası 1997-ci ildə qoyulub, baş ofisi Kaliforniyanın Los-Qatos şəhərindədir. 2013-cü ildən öz film, serial və televerilişlərinin istehsalı ilə məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti