Bakı. Trend:
İrlandiyanın "Ryanair" aviaşirkətinin Afinada eniş edən təyyarəsində bomba olması ilə bağlı məlumatı yalan çıxıb.
Trend-in məlumatına görə, bu barədə Yunanıstanın "ERT-1" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, Katovitsedən uçan "Ryanair" şirkətinin "Boeing 738" təyyarəsi yerli vaxtla saat 17:40-da Afina Beynəlxalq Hava Limanına eniş edib.
Sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. Sərnişinlər və baqajda partlayıcı maddə olub-olmaması ilə əlaqədar yoxlanılıb, təyyarənin özü də yoxlanılıb. Heç bir partlayıcı və ya partlayıcı qurğu aşkar edilməyib.