Bakı. Trend:
Keçən il Türkiyədə Özbəkistan kapitalı ilə 128 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 68 şirkət çoxdur.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Özbəkistan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı da artıb.
“2022-ci ilin dekabr ayında Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 78,1 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 11,9 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-dekabr aylarında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (111) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 65,7 milyon türk lirəsi təşkil edib” – deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyədə Özbəkistan kapitalı ilə 13 ixracat, 63 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.