...

2023-cü ildə ABŞ ÜDM-in artımı cəmi 0,4% olacaq - BMT

Dünya xəbərləri Materials 26 Yanvar 2023 02:01 (UTC +04:00)
2023-cü ildə ABŞ ÜDM-in artımı cəmi 0,4% olacaq - BMT

Bakı. Trend:

2023-cü ildə ABŞ və Avropa ölkələri öz iqtisadiyyatlarının artımında kəskin ləngimə ilə üzləşəcəklər - ABŞ-da bu 0,4%, Aİ-də 0,2% artım, Böyük Britaniyanın ÜDM-i isə 0,8% azalacaq.

Trend xəbər verir ki, bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin “Dünyada iqtisadi vəziyyət və onun 2023-cü ildə inkişaf proqnozları” hesabatında deyilir.

"ABŞ, Aİ və digər qabaqcıl iqtisadiyyatlarda iqtisadi artım tendensiyası səngiyib və dünyanın qalan hissəsinə mənfi təsir edib. Mövcud proqnozlara görə, 2023-cü ildə ABŞ ÜDM-i cəmi 0,4% artacaq, halbuki 2022-ci ildə artım 1,8% təşkil edib. Faiz dərəcələrinin artması, real gəlirlərin azalması və ev təsərrüfatlarının ümumi iqtisadi potensialının əhəmiyyətli dərəcədə azalması səbəbindən istehlakın azalması gözlənilir", - deyə hesabatda bildirilir.

Hesabatda həmçinin qeyd edilir ki, “ipoteka faizlərinin artması və tikinti xərcləri mənzil bazarına ağır təsir göstərməkdə davam edəcək, bu səbəbdən yaşayış daşınmaz əmlakına uzunmüddətli investisiyaların daha da azalması gözlənilir”.

Aİ ölkələrində iqtisadi artım, BMT-nin proqnozuna görə, 2023-cü ildə cəmi 0,2% olacaq ki, bu da dünya təşkilatının hesablamalarına görə 3,3% təşkil edən 2022-ci ildəki artımdan əhəmiyyətli dərəcədə aşağıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti