...

"Meta" yaxın zamanda Trampın "Facebook" və "Instagram" hesablarını bərpa edəcək

Dünya xəbərləri Materials 26 Yanvar 2023 03:13 (UTC +04:00)
"Meta" yaxın zamanda Trampın "Facebook" və "Instagram" hesablarını bərpa edəcək

Bakı. Trend:

"Meta" korporasiyası ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Facebook" və "Instagram" hesablarını iki illik bloklanmadan sonra yaxın həftələrdə bərpa edəcək.

Trend xəbər verir ki, bu barədə şirkətin qlobal məsələlər üzrə prezidenti Nik Kleqqə istinadən "Axios" portalı məlumat yayıb.

Onun sözlərinə görə, D.Trampın hesabları dərhal bərpa edilməyəcək, çünki tələb olunarsa gələcəkdə müəyyən mesajları və ya reklam imkanlarını məhdudlaşdırmaq üçün lazım olan bəzi yeni funksiyaları hazırlamaq məqsədilə texniki mütəxəssislər üçün vaxt lazım olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti