...

Şərqi Qüdsdə sinaqoq yaxınlığında terror törədənin kimliyi məlum olub

Dünya xəbərləri Materials 28 Yanvar 2023 01:18 (UTC +04:00)

Bakı. Trend:

Şərqi Qüdsdə Neve Yaakov rayonunda sinaqoq yaxınlığında törədilən terror aktı Şərqi Qüdsdəki Şuafat rayonunun sakini tərəfindən törədilib.

Trend-in məlumatına görə, bu barədə "Yedioth Ahronoth" qəzeti xəbər verib.

Məlumata əsasən, terrorçu “Əl-Əqsa Şəhidləri Briqadası” radikal qruplaşmasının fəal üzvü olub.

Qeyd edək ki, "The Jerusalem Post" nəşri xəbər verib ki, Şərqi Qüdsdə Neve Yaakov rayonunda baş verən atışma nəticəsində azı 7 nəfər həlak olub,

Daha on nəfərin yaralandığı bildirilib.

Məlumata əsasən, söhbət, ilkin məlumata görə, sinaqoqun yaxınlığında və ya orada baş verən terror aktından gedir. Polis atəş açan şəxsin güllələnərək öldürüldüyünü bildirib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti