...

FTB keçmiş ABŞ-ın vitse-prezidentinin evində axtarış aparacaq

Dünya xəbərləri Materials 3 Fevral 2023 06:14 (UTC +04:00)
FTB keçmiş ABŞ-ın vitse-prezidentinin evində axtarış aparacaq

Bakı. Trend:

FTB-nin yaxın günlərdə ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pensin evində axtarış aparacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Məlumata əsasən, M.Pensin İndianadakı evində "gizli" sənədlər axtarılacaq.

Mənbələr bildiriblər ki, ABŞ Ədliyyə Nazirliyi hazırda M.Pensin hüquq komandası ilə axtarışların dəqiq vaxtı ilə bağlı danışıqlar aparır.

Xatırladaq ki, ötən gün FTB ABŞ prezidenti Co Baydenin Delaverdəki okean sahilindəki evində axtarış aparıb. Son aylarda C.Baydenin Uilminqtondakı iqamətgahında, eləcə də Vaşinqtondakı C.Bayden adına Diplomatiya və Qlobal Fəaliyyət Mərkəzində axtarışlar aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti