Bakı. Trend:
Meksikanın Puebla ştatında miqrantları daşıyan avtobus qəzaya uğrayıb.
Trend xəbər verir ki, bunu ölkənin Daxili İşlər İdarəsinin regional rəhbəri Xulio Migel Uerta mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qəza nəticəsində 17 nəfər həlak olub.
"Qəza nəticəsində 15 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanada həlak olub. Hazırda xəsarət alan 13 nəfər tibbi yardım göstərilir. Onlardan 5-nin vəziyyəti ağırdır", - deyə Xulio Migel Uerta bildirib.
Onun sözlərinə görə, avtobus ABŞ sərhədinə gedirmiş.