...

ABŞ-da fırtına səbəbindən 900 mindən çox istehlakçı işıqsız qalıb

Dünya xəbərləri Materials 24 Fevral 2023 08:03 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-da fırtına səbəbindən 900 mindən çox istehlakçı işıqsız qalıb.

Trend xəbər verir ki, bu barədə "poweroutage.us" portalının məlumatında bildirilir.

Pis hava şəraitindən ən çox zərər çəkən Miçiqan ştatı olub, burada 809 mindən çox istehlakçı işıqsız qalıb. İllinoys, Viskonsin, Nyu-York və Kaliforniya ştatlarında kütləvi elektrik kəsilməsi müşahidə olunub.

"Flightaware.com"un məlumatına görə, cümə axşamı axşam saatlarında ABŞ-da 1100-dən çox aviareys ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti