...

"YouTube"un işində problemlər yaranıb

Dünya xəbərləri Materials 28 Fevral 2023 03:17 (UTC +04:00)
"YouTube"un işində problemlər yaranıb

Bakı. Trend:

Bir sıra ölkələrdə "YouTube" onlayn videohostinqinin işində problemlər müşahidə olunur.

Trend-in məlumatına görə, bu barədə məşhur internet resurslarının işini izləyən "downdetector.com" portalının səhifəsində bildirilib.

Şikayətlərin əksəriyyəti ABŞ, Böyük Britaniya, Kanada, Fransa və Yaponiyadan gəlir, lakin bir çox başqa ölkələrdə də "YouTube"un işi ilə bağlı şikayətlərdə artım var.

Nasazlıqlar barədə məlumat verən istifadəçilər proqram və veb saytla bağlı problemləri bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti