...

Putinin Si Cinpinlə danışıqlardan sonra Baydenlə görüşmək planı yoxdur

Dünya xəbərləri Materials 21 Mart 2023 21:38 (UTC +04:00)
Putinin Si Cinpinlə danışıqlardan sonra Baydenlə görüşmək planı yoxdur

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpinlə danışıqlardan sonra ABŞ prezidenti Co Baydenlə görüşməyi planlaşdırmır.

Trend xəbər verir ki, bunu çərşənbə axşamı jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov deyib.

"Sadəcə onu bilirəm ki, belə bir görüş nəzərdə tutulmayıb", - deyə Y.Uşakov bildirib.

Eyni zamanda, Y.Uşakovdan ABŞ-ın keçmiş prezidenti Donald Trampın həbs olunacağı ehtimalını nə dərəcədə real hesab etdiyi də soruşulub. Rusiya prezidentinin köməkçisi qeyd edib ki, Çinlə danışıqlarda bu məsələ müzakirə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti