...

İraqın şimalında altı PKK üzvü zərərsizləşdirilib

Dünya xəbərləri Materials 19 Aprel 2023 13:31 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə ordusu İraqın şimalında Qara bölgəsində PKK terror təşkilatının altı üzvünü zərərsizləşdirib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti