Bakı. Trend:
Rusiyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı son sutkada 7 030 nəfər, koronavirusdan ölənlərin sayı isə 34 nəfər artıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü jurnalistlərə koronavirus infeksiyası ilə mübarizə üzrə Rusiya federal operativ qərargahda məlumat verilib.
Ötən gün isə ölkədə 7 116 yoluxma, 33 ölüm halının qeydə alındığı açıqlanıb.
Ümumilikdə, pandemiya başlayandan bəri 22 803 875 yoluxma və 398 041 ölüm halı qeydə alınıb.
Koronavirusdan sağalanların sayı 7 409 nəfərdən 7 414 nəfərə qədər artaraq ümumilikdə, 22 196 590 nəfərə çatıb.
Rusiyada gün ərzində 958 kovid xəstəsi xəstəxanaya yerləşdirilib. Bu isə ötən günlə (1108 nəfər) müqayisədə 13,5% azalma deməkdir.
Xəstəxanaya yerləşdirilənlərin sayı 25 rayonda artıb, 46 rayonda azalıb, 14-də isə vəziyyət dəyişməyib.