...

Türkiyənin Ali Seçki Şurası seçki bülletenləri ilə bağlı qərar qəbul etdi

Dünya xəbərləri Materials 14 May 2023 15:55 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Tamamilə cırılmış, möhürü, imzası, yazısı, barmaq izi və ya hər hansı işarəsi olmayan bülletenlər yararsız sayılacaq.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Ali Seçki Şurasının açıqlamasında bildirilib.

Bəzi partiyalar prezident seçkilərində bülleteninin seçki qutusu komissiyasının möhürünün ön tərəfə qoyulduğunu, bəzi bülletenlərin arxası möhürləndiyi halda, mürəkkəb ləkələri səbəbindən bu möhürün bülletenin ön hissəsində də göründüyünü Türkiyənin Ali Seçki Şurasını çatdırıb. YSK müraciətləri araşdırdıqdan sonra qərar verib.

Qərarda "Səsvermə bülletenlərinin sayılması zamanı 298 saylı Qanunun 98-ci və 101-ci maddələrinə və 135 saylı Tərtibatın 41-ci maddəsinə uyğun olaraq seçki qutularının yaradılması, vəzifələri və səlahiyyətləri göstərilməklə tədbir görülməlidir".

298 sayılı Qanunun 98-inci maddəsinə əsasən Tamamilə cırılmış, möhürü, imzası, yazısı, barmaq izi və ya hər hansı işarəsi olmayan bülletenlər yararsız sayılacaq.

Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Bununla yanaşı Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.

Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.

Səsvermə Ankara vaxtı ilə saat 08:00-da başlayacaq və saat 17:00-dək davam edəcək. Yüksək Seçim Qurumunun sədri Ahmet Yener ilkin nəticələrin həmin gün elan olunacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti