...

Küveytin hərbi attaşesinin Sudandakı iqamətgahına hücum olub

Dünya xəbərləri Materials 16 May 2023 04:01 (UTC +04:00)
Küveytin hərbi attaşesinin Sudandakı iqamətgahına hücum olub

Bakı. Trend:

Bazar ertəsi Küveytin Xartumdakı səfirliyindəki hərbi attaşenin iqamətgahına hücum edilib.

Trend xəbər verir ki, bu barədə Küveytin Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Bazar ertəsi <...> Küveytin Xartumdakı səfirliyindəki hərbi attaşeliyin rəhbərinin iqamətgahına hücum edilib", - deyə XİN-in açıqlamasında bildirilir.

Bildirilir ki, hücum edən şəxslər vandalizm aktları törədib.

XİN-dən qeyd edilib ki, Küveyt bu hücumu pisləyir və xüsusilə diplomatik nümayəndəliklərə və digər əlaqəli binalara qarşı yönəldilmiş hücumların bütün formalarına qarşı çıxır.

Nazirlik Sudan hakimiyyətinə və respublikadakı bütün münaqişə tərəflərinə müraciət edərək diplomatik nümayəndəliklərin və onların əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti