Bakı. Trend:
Şimali Koreya lideri Kim Çen In ölkənin ilk hərbi kəşfiyyat peykinin buraxılışına hazırlıq üzrə müvəqqəti komitənin işini yoxlayıb.
Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.
Bildirilib ki, Kim Çen In müvəqqəti hazırlıq komitəsinin işi ilə ətraflı tanış olub, ümumi yığıncağın yekun yoxlanışından və kosmik mühitdə sınaqdan keçdikdən sonra tam hazırlıq vəziyyətində olan 1 saylı hərbi kəşfiyyat peyki ilə tanış olub.
Kim Çen In hərbi peykin buraxılmasına hazırlıq üzrə komitənin fəaliyyət planını təsdiqləyib.