Bakı. Trend:
Əli Şamxani vəzifədən istefa verib.
Trend xəbər verir ki, bu barədə İranın Ali Təhlükəsizlik Şurasına bağlılığı ilə seçilən "Nournews" agentliyi məlumat yayıb.
İddialara görə, Şamxaninin yerinə İranın Ali Təhlükəsizlik Şurasının yeni katibi vəzifəsinə Səid Cəlili və Əli Əkbər Əhmədiandan biri təyin olunacaq.
Qeyd edək ki, Əli Şamxani 2006-cı ildən SEPAH-ın strateji mərkəzinə rəhbərlik edirdi.