...

Türkiyədə atışma olub, 5 nəfər yaralanıb

Dünya xəbərləri Materials 1 İyun 2023 05:44 (UTC +04:00)
Türkiyədə atışma olub, 5 nəfər yaralanıb

Bakı. Trend:

Türkiyənin Uşak vilayətində yanacaqdoldurma məntəqəsində iki qrup arasında dava baş verib.

Trend xəbər verir ki, silahlı insident zamanı 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub.

Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti