...

Çində qayaların uçması nəticəsində 19 nəfər ölüb

Dünya xəbərləri Materials 5 İyun 2023 06:31 (UTC +04:00)
Çində qayaların uçması nəticəsində 19 nəfər ölüb

Bakı. Trend:

Çinin Sıçuan vilayətinin cənub-qərbində yerləşən Leşan şəhərində qaya uçması baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 19 nəfər ölüb, 5 nəfər yaralanıb.

Məlumata əsasən, dağıntılar altında ferma qalıb. Xilasetmə əməliyyatı iyunun 4-ü axşam saatlarında başa çatıb.

Daha əvvəl ən azı 14 nəfərin öldüyü bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti