...

Boris Conson deputatlıqdan istefa verib

Dünya xəbərləri Materials 10 İyun 2023 08:44 (UTC +04:00)
Boris Conson deputatlıqdan istefa verib

Bakı. Trend:

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson parlamentin deputatı vəzifəsini tərk etmək qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə siyasətçinin yazılı açıqlamasında deyilir.

"Mən Aksbric və cənubi Rayslip dairəsində seçki assosiasiyasıma məktub yazaraq, istefa verdiyimi və əlavə seçkilərin keçirilməsi prosesini başlatdığımı bildirdim", - deyə açıqlamada bildirilir.

Britaniya mediasının məlumatına görə, B.Conson hökumətin koronavirus pandemiyasının müxtəlif mərhələlərində hərəkətlərini diqqətlə araşdırmaq və qarşısı alına biləcək mümkün səhvləri müəyyən etmək məqsədi daşıyan müstəqil açıq araşdırmanın nəticələrini öyrəndikdən sonra siyasətdən getmək qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti