...

Qazaxıstanda meşə yanğınları nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb

Dünya xəbərləri Materials 10 İyun 2023 20:32 (UTC +04:00)
Qazaxıstanda meşə yanğınları nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb

Bakı. Trend:

Qazaxıstanın şərqindəki Abay vilayətində meşə yanğınları zamanı itkin düşmüş daha 11 nəfərin cəsədi aşkarlanıb.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bununla da ölənlərin sayı 14 nəfərə çatıb.

Qısa müddətdə 60 min hektar sahəyə yayılan yanğının söndürülməsinə mindən çox canlı qüvvə, 250 ədəd texnika və 11 helikopter cəlb olunub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki gündür davam edən böyük meşə yanğınları fonunda fövqəladə hallar naziri Yuri İlinin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Dövlət başçısı Vyetnama iyunun 11-13-nə planlaşdırılan səfərini təxirə salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti