...

ABŞ İranı hədələdi - Ordumuzu tez bir zamanda ora göndərə bilərik

Dünya xəbərləri Materials 7 İyul 2023 13:31 (UTC +04:00)
ABŞ İranı hədələdi - Ordumuzu tez bir zamanda ora göndərə bilərik
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İranın irəliləyən nüvə proqramının yaratdığı təhdidlərlə bağlı hərbi variantlarını daim gözdən keçirir, onları yeniləyir.

Trend xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hərbi Hava Qüvvələrinin komandanı general Aleksis Qrinkoviç deyib.

Pentaqon rəsmisi onu da qeyd edib ki, Amerikanın İrana qarşı çəkindirmə vasitələri müxtəlifdir və ABŞ özünə, eləcə də regional tərəfdaşlarına qarşı hücumun qarşısını almağa çalışır.

Qrinkoviçin növbəti xəbərdarlığı daha kəskin alınıb. O bildirib: İran anlamalıdır ki, ABŞ regionda daha az qüvvəyə malik olsa da, öz qüvvələrini çox tez geri qaytara bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti