...

Bu sürətlə gender bərabərliyinə ancaq 300 ildən sonra nail olacağıq - Antonio Quterreş

Dünya xəbərləri Materials 11 İyul 2023 11:58 (UTC +04:00)
Bu sürətlə gender bərabərliyinə ancaq 300 ildən sonra nail olacağıq - Antonio Quterreş

Baakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Əhali Günü ilə əlaqədar müraciət ünvanlayıb.

Trend xəbər verir ki, müraciətdə deyilir:

"Bəşəri ailəmiz həmişəkindən daha böyükdür.

Bununla belə, dünya liderləri hər kəs üçün dinc və firavan bir dünya qurmaq cəhdlərində çox geri qalırlar.

2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq hədəfindən ciddi şəkildə uzağıq.

Bu sürətlə gender bərabərliyinə ancaq 300 ildən sonra nail olacağıq.

Ana sağlamlığı və ailə planlaşdırması imkanlarına çıxışın təmin olunmasında irəliləyiş çox ləngdir.

Builki Ümumdünya Əhali Günü gender bərabərliyinin potensialını üzə çıxarmağa həsr olunub.

Gender əsaslı ayrı-seçkilik hər kəsə, o cümlədən qadınlar, qızlar, kişilər və oğlanlara zərər verir.

Qadınların inkişafına qoyulan sərmayədən bütün insanlar, icmalar və ölkələr faydalanır.

Gender bərabərliyi sahəsində inkişafın əldə olunması, ana sağlamlığının yaxşılaşdırılması və qadınların müstəqil şəkildə reproduktiv seçim etmək hüquqlarının təmin olunması özü-özlüyündə əhəmiyyətli olmaqla yanaşı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün vacib rol oynayırlar.

Gəlin öz hüquqları uğrunda mübarizə aparan qadınlar və qızların yanında olaq.

Gəlin Dayanıqlı İnkişaf Məqsədlərinin 8 milyard insanın hər biri üçün reallaşması naminə səylərimizi daha da gücləndirək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti