...

Polşa Almaniya ilə bağlı Avropa Ədalət Məhkəməsinə müraciət edəcək

Dünya xəbərləri Materials 18 İyul 2023 16:11 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Polşa tullantıları təmizləmədiyinə görə Almaniya ilə bağlı Avropa Ədalət Məhkəməsinə müraciət edəcək.

Trend xəbər verir ki, Polşanın iqlim və ətraf mühit naziri Anna Moskva qonaq olduğu radio verilişində Polşaya göndərdiyi 35 min ton tullantını təmizləməkdən imtina etdiyi üçün Almaniya ilə bağlı Avropa İttifaqının Ədalət Məhkəməsinə müraciət edəcəklərini bildirib.

Almaniyanın Polşanın 7 fərqli bölgəsinə göndərdiyi 35 min ton tullantını təmizləməkdən yayındığını deyən A.Moskva, bu həftə məsələ ilə bağlı Avropa İttifaqının ən yüksək instansiyası hesab olunan Ədalət Məhkəməsinə daşıyacaqlarını qeyd edib.

Qeyd edək ki, Polşanın iqlim və ətraf mühit nazirinin müavini Jacek Ozdoba may ayında Almaniya ilə bağlı məruzə hazırlayacaqlarını açıqlamışdı.

Xəbər lenti

Xəbər lenti