...

Ukrayna limanlarındakı gəmilərin təhlükəsizliyi üçün danışıqlar davam edir - Türkiyə MN

Dünya xəbərləri Materials 27 İyul 2023 13:58 (UTC +04:00)

Bakı.Trend:

Ukrayna limanlarındakı Türkiyə ticarət gəmilərinin təhlükəsiz fəaliyyəti üçün həm Ukrayna, həm də Rusiya ilə danışıqlar davam edir.

Trend-in TurkicWorld-a istinadən xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əlavə, Türkiyə MN Taxıl Dəhlizii Sazişinin fəlaiyyətinin davam etdirilməsinə tərəfdar olduğunu bir daha vurğulayıb.

Xatırladaq ki, Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 2023-cq il 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Sazişin qüvvədə olduğu müddət ərzində dəhliz vasitəsilə 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti