...

Türkiyənin hərbi bazasının yeni beynəlxalq versiyası yaradılıb

Dünya xəbərləri Materials 8 Avqust 2023 17:05 (UTC +04:00)
Türkiyənin hərbi bazasının yeni beynəlxalq versiyası yaradılıb

Bakı. Trend:

Türkiyənin ilk və yeganə hərbi bazasının yeni beynəlxalq versiyası yaradılıb.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyənin hərbi bazası "Military Big Data" ingilis dilində olan yeni versiyası və artan analiz qabiliyyəti ilə xaricə açılır.

"Military Big Data"nın yeni beynəlxalq versiyası ilk dəfə 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF'23) təqdim edilib.

Türkiyə Milli Müdafiə Nazirliyi və Müdafiə sənayesi rəyasət heyətinə bağlı layihələrdə həm abunə, həm də platforma inteqrasiyası lisenziya modelləri ilə istifadə edilən "Military Big Data", Mildata markalı yeni versiyasında dünyada istifadə edilən pilotsuz sistemləri özündə birləşdirən "Robotexnika" modulu ilə son 40 ildə ölkələr arasında müdafiə ticarətini araşdıran "Müdafiə Ticarəti" modulunu istifadəçilərinə təqdim etməyə hazırlaşır.

Dünyada istifadə və ya sifariş edilən bütün silah sistemlərini quru, dəniz, hava, robot texnikası və sursat başlıqları altında strateji planlaşdırma, kəşfiyyat, iş inkişafı, satınalma, təhsil və akademik tədqiqatlar kimi məqsədlərə xidmət etmək üçün araşdıran Mildata, istifadəçinin nöqteyi-nəzərindən və ya maraq dairəsinə uyğun həll təklif edir.

İstifadəçi dostu interfeysi ilə fərdi-korporativ istifadə üçün dəyər yaradan Mildata, dəniz, hava, quru, elektron müharibə və komanda-nəzarət layihələri üçün məlumat kitabxanası kimi də seçilir. Məlumat bazası hazırda 4 əsas moduldan ibarətdir: silah-sistem, müharibə təhlili, xəritə informasiya sistemi və müdafiə ticarəti.

Mildata, xüsusilə, türk müdafiə sənayesinin hazırda platforma ixrac etdiyi ölkələr də başda olmaqla, qlobal müştəri bazasına malikdir.

Mildata-nın baş direktoru Mahmut Bölükbaş bildirib ki, birinci hədəfimiz, Mildata-nı Türkiyə silahlı qüvvələrinin qərarı ilə dəstək mexanizmlərinə daxil etməkdir.

"Artıq bu məhsulu, müdafiə sənayesi ilə bir markaya çevrilən və NATO-da təsirli bir gücə malik olan Türkiyə məhsulu kimi dünyaya açırıq. Mildata gələcəkdə süni intellekt və görüntü emalını da əhatə edə biləcək imkanlara sahib olacaq. Mildata adını önümüzdəki dövrdə Türkiyənin müdafiə layihələrində və ixrac xəbərlərində daha çox eşidəcəyik",- deyə Bölükbaş qeyd edib.

Digər tərəfdən, Türkiyənin Müdafiə və Aerokosmik Sənaye İstehsalçıları Dərnəyi (SASAD) ilə Mildata arasında ölkə daxilində və xaricdə Hərbi Böyük Məlumatların təmsilçiliyini ehtiva edən müqavilə imzalanıb.

Bu əməkdaşlıqla bir tərəfdən, Türkiyənin Müdafiə və Aerokosmik sektorunun infrastrukturu, ixracı və institusional inkişafı üçün layihələr istehsal edən "SASAD" üçün qaynaqlar yaradılacaq, digər tərəfdən isə Mildata-nın analiz infrastrukturu üzvlərə çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti