...

Ekvadorda prezidentliyə namizədin qətlində şübhəli bilinən 6 nəfər həbs olunub

Dünya xəbərləri Materials 11 Avqust 2023 16:11 (UTC +04:00)
Ekvadorda prezidentliyə namizədin qətlində şübhəli bilinən 6 nəfər həbs olunub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ekvadorda məhkəmə prezidentliyə namizəd Fernando Vilyavisensionun qətlində şübhəli bilinən altı nəfəri həbs edib.

Trend xəbər verir ki, bu barədə ölkənin baş prokurorluğu məlumat yayıb.

Məlumata görə, həbs edilən şəxslər cinayət hadisəsinin baş vermə şəraitinin araşdırılması başa çatanadək həbsdə qalacaqlar. İstintaqın 30 gün davam edəcəyi qeyd olunub.

Qeyd edək ki, Fernando Vilyavisensio avqustun 9-da Ekvadorun paytaxtı Kito şəhərində seçkiqabağı görüşdən sonra başından güllənələrək öldürülüb. Hadisədən sonra ölkədə fövqəladə vəziyyət elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti