...

Almaniya XİN rəhbərinin olduğu təyyarə iki dəfə qəza enişi edib

Dünya xəbərləri Materials 15 Avqust 2023 14:27 (UTC +04:00)
Almaniya XİN rəhbərinin olduğu təyyarə iki dəfə qəza enişi edib

Bakı. Trend:

Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok təyyarənin nasazlığı səbəbindən ikinci dəfə Avstraliyaya uçuşu davam etdirə bilməyib və BƏƏ-yə qayıdıb.

Trend xəbər verir ki, Bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, hökumət nümayəndələri üçün nəzərdə tutulmuş “Airbus A340-300” yerli vaxtla 00.00-da Əbu-Dabi hava limanından havaya qalxdıqdan 15 dəqiqə sonra uçuş üçün lazım olan sürəti yığa bilməməsi səbəbindən geri qayıdıb.

“Berbok Avstraliyaya getmək əvəzinə yenidən Əbu-Dabiyə qayıdır! Avstraliya, Yeni Zelandiya və Ficidəki ev sahibləri artıq almaniyalı naziri gözləyirlər”, - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti