Bakı. Trend:
Daha 3 terrorçu Türkiyə hüquq-mühafizə orqanlarına təslim olub.
Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya məlumat verib.
O bildirib ki, son 2 ayda təslim olan terrorçuların sayı 32-yə çatıb:
“Təslim olan terrorçular Suriya və İraqda fəaliyyət göstərirdi. Terrorla mübarizədə xidmət göstərən qəhrəmanlarımızı təbrik edirəm”.