...

Moskva nüvə sınaqlarının bərpasına münasibət bildirib

Dünya xəbərləri Materials 29 Avqust 2023 13:02 (UTC +04:00)
Moskva nüvə sınaqlarının bərpasına münasibət bildirib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Moskva hazırda Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqaviləsindən çıxmağı planlaşdırmır.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Məlumatda qeyd olunur ki, ilk olaraq ABŞ test partlayışlarını həyata keçirsə Rusiya da bunu edəcək.

Qeyd edək ki, Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilə (Comprehensive Nuclear-Test-Ban Treaty – CTBT) bütün nüvə sınaqlarını, istər hərbi, istərsə də mülki məqsədlər üçün olsun, istənilən halda qadağan edən çoxtərəfli müqavilədir. Müqavilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən 10 sentyabr 1996-cı ildə qəbul edilib, lakin bütün üzvlər tərəfindən imzalanmadığı üçün qüvvəyə minməyib. ABŞ və Çin Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatının nüvə silahına malik olan, lakin Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqaviləni ratifikasiya etməyən yeganə üzv dövlətləri olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti