...

Ekvadorda koronavirusun yeni ştammına 3 yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 31 Avqust 2023 06:34 (UTC +04:00)
Ekvadorda koronavirusun yeni ştammına 3 yoluxma halı qeydə alınıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ekvadorda EG.5 ("eris") koronavirusunun yeni ştammına 3 yoluxma faktı təsdiqlənib.

Trend xəbər verir ki, yoluxanların hamısı ölkənin şimalındakı Piçinça əyalətində yaşayır.

Ekvador hakimiyyəti qonşu bölgələrdə profilaktik tədbirlər həyata keçirir. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, son 6 həftə ərzində COVID-19-a yoluxma halları azalır və təxminən 3 həftə ərzində virusa yoluxma ilə bağlı ölüm halları qeydə alınmayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "eris" ştammını nəzarət altında olan koronavirus variantları siyahısına əlavə edib.ÜST-nın məlumatına görə, dünyada bu variantın aşkarlanması tezliyi 6,2%-dən 11,6%-ə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti