...

Türkiyədə hoteldə yanğın - 40 nəfər təxliyə olundu

Dünya xəbərləri Materials 1 Sentyabr 2023 09:00 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulun Fatih bölgəsində beşmərtəbəli hoteldə yanğın olub.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, yanğın elektrik lövhəsindən başlayıb. Qısa müddətdə binanı bürüyən qatı tüstü turistlərə qorxulu anlar yaşadıb.

Yanğınsöndürənlər binadan 40 nəfəri təxliyə edib. Ölən və xəsarət alan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti