...

Şərqi Qara dənizdə ilk elm mərkəzi və planetariumun açılışı olacaq

Dünya xəbərləri Materials 2 Sentyabr 2023 15:05 (UTC +04:00)
Şərqi Qara dənizdə ilk elm mərkəzi və planetariumun açılışı olacaq

Bakı. Trend:

Trabzon Böyükşəhər Bələdiyyəsi, Şərqi Qara Dəniz İnkişaf Agentliyi (DOKA), TÜBİTAK və Türkiyə Texnologiya Qrupu (T3) Vəqfinin əməkdaşlığı ilə bölgədəki Özdemir Bayraktar Elm Mərkəzi və Planetariumun inşası davam edir.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, 2 min 200 kvadratmetr sahədə qurulan elm mərkəzi müxtəlif yaş qruplarını bir araya gətirərək elm və texnologiyanı daha əlçatan edəcək.

Milli PUA-ların qabaqcıllarından olan Özdemir Bayraktarın adını daşıyan Planetarium və Elm Mərkəzi 90 faiz tamamlanıb və burada emalatxanalar, planet evi, həmçinin sərgi salonu var.

Məlumata əsasən, açılışın sentyabr ayında olması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti