...

İstanbulda biznes mərkəzi yanır (VİDEO)

Dünya xəbərləri Materials 5 Sentyabr 2023 13:44 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərinin Ataşehir rayonunda ikimərtəbəli biznes mərkəzində yanğın başlayıb.

Trend xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, yanğın biznes mərkəzinə bitişik 3 binaya da keçib. Yanğının səbəbi məlum deyil.

Hadisə yerində çoxlu sayda yanğınsöndürən cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti