Bakı. Trend:
Türkiyənin Kahramanmaraş vilayətində əyləcində problem olan yük maşını cənazə namazı qılan insanlara çırpılıb.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, dəhşətli qəzada beş nəfər həyatını itirib, ikisi ağır olmaqla 25 nəfər yaralanıb.
İlkin məlumata əsasən, hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım maşınları çağırılıb.
Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdirilib, yük maşınının altında qalan insanları xilas etmək üçün işlər davam edir.
Faktla bağlı araşdırma aparılır.