Bakı. Trend:
Kreml Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfər edəcəyini təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Kim Çen In sentyabrın 13-də Vladivostok şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, bu Şimali Koreya liderinin son dörd il ərzində ilk xarici səfəri olacaq. Kim Çen In sonuncu dəfə 2019-cu ildə Vladivostok şəhərində Putinlə görüşüb.