...

Türkiyənin Gürcüstana elektrik avadanlıqları ixracının həcmi açıqlanıb

Dünya xəbərləri Materials 11 Sentyabr 2023 18:56 (UTC +04:00)
Türkiyənin Gürcüstana elektrik avadanlıqları ixracının həcmi açıqlanıb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Gürcüstana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 faiz artaraq, 101,5 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Gürcüstana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 1,3 faiz azalaraq 12,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq, 10,6 milyard dollara çatıb.

Bu ilin avqust ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 11,9 faiz çoxdur.

Son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 16,1 milyard dollar məbləğində elektrık avadanlıqları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti