Bakı. Trend:
Moskva-Tehran əlaqələri yeni səviyyəyə keçir, Rusiya ilə İran arasında dialoq xüsusən intensiv şəkildə inkişaf edir.
Trend xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Tehranda iranlı həmkarı Məhəmmədrza Gərayi Aştiani ilə görüşündə deyib.
ABŞ və Qərbin sanksiyaları perspektiv olmadığını deyən Şoyqu Rusiya-İran əlaqələrinin yeni səviyyəyə keçdiyini deyib.
Şoyqu, həmçinin, Rusiyanın Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində birgə tədbirlərdə iştiraka hazır olduğunu bildirib.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrana səfər edib. Şoyqu və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Tehranda keçirilən danışıqlarda Suriya və Əfqanıstandakı vəziyyətlə yanaşı, Qarabağla bağlı məsələni də müzakirə edib.